Главная > Hadisə / Manset > FHN: Sumqayıtda yanğın məhdudlaşdırılıb - YENİLƏNİB + FOTO/VİDEO

FHN: Sumqayıtda yanğın məhdudlaşdırılıb - YENİLƏNİB + FOTO/VİDEO


29-04-2022, 08:39. Разместил: admin
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Azadsəs.az"a FHN-in Mətbuat xidmətindən bildirilib.


Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

23:51

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın davam edir.

Baku TV-nin hadisə yerindən reportajını təqdim edirik:



23:38

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

23:12

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğının əhatəsi genişlənir.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının əhatə dairəsi böyüyüb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək hələ mümkün olmayıb.

Yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin olunub.

21:27

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğını söndürmək mümkün olmayıb.

"Azadsəs.az" xəbər verir ki, yağ-qida zavodu ərazisindəki yanğın hələ də davam edir.

“Global Photo Stock”un əməkdaşı yanğın yerindən fotoları lentə alıb.




Вернуться назад