Главная > Hadisə / Manset > “Azərsun Sənaye Parkı”nda yanğın başlayıb

“Azərsun Sənaye Parkı”nda yanğın başlayıb


28-04-2022, 20:21. Разместил: admin
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın başlayıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğın “Azərsun Holding”in yağ-qida zavodundadır.



Вернуться назад