Главная > Hadisə / Manset > Əliağa Kürçaylının nəvəsi qəzaya düşdü - Fotolar

Əliağa Kürçaylının nəvəsi qəzaya düşdü - Fotolar


28-04-2022, 10:19. Разместил: admin
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şossesində qeydə alınıb.

Belə ki, “Porche” markalı avtomobil yol kənarında dayanıb.

Mopedi idarə edən şəxs yüksək sürətlə “Porsche” markalı maşına çırpılıb.

Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində olan polislərin verdiyi məlumata görə, “Porsche”nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.

Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir.





Вернуться назад