Главная > Hadisə > Bennet ölümlə hədələndi

Bennet ölümlə hədələndi


27-04-2022, 09:49. Разместил: admin
İsrail polisi və Baş Təhlükəsizlik Xidməti (SHABAK) baş nazir Naftali Bennetə qarşı təhdidləri araşdırır.

Bu barədə aprelin 26-da məlumat verilib.

Bildirlib ki, Bennettin qohumlarından birinin içində odlu silah gülləsi və ölüm hədəsi olan məktub aldıqdan sonra istintaqa başlanıb.

Qeyd olunub ki, məktub hökumət başçısının ailəsi ilə birlikdə yaşadığı Raananaya gəlib. Lakin Bennett özü məktub almayıb.

Real təhdid səbəbindən Bennett və ailəsinin təhlükəsizliyi gücləndirlib.
Вернуться назад