Главная > Hadisə / Manset > DİN-in qarşısında özünü yandırdı - Rəsmi açıqlama
DİN-in qarşısında özünü yandırdı - Rəsmi açıqlama26-04-2022, 17:49. Разместил: admin |
Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb. “Azadsəs.az”ın əldə etdiyi məlumata görə, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Ətrafdakı şəxslərin köməkliyi ilə alov söndürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı saytımıza təsdiqləyib. Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar: “Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”. Вернуться назад |