Главная > Hadisə / Manset > Milanı su basıb

Milanı su basıb


26-04-2022, 12:00. Разместил: admin
İtaliyanın Milan şəhərində aprelin 25-də yağan güclü yağışlar şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su altında qalmasına səbəb olub.

“Azadsəs.az” yerli KİV-ə istinadən xəbər verir ki, hazırda ekspertlər Seveso və Lambro çaylarında suyun səviyyəsini izləyirlər.

Müvafiq xidmət əməkdaşları fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Daşqından zərər çəkənlər barədə məlumat verilmir.
Вернуться назад