Главная > Hadisə / Manset > Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar”
Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar”26-04-2022, 09:42. Разместил: admin |
“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”. "Azadsəs.az" xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib. O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”. Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir. Вернуться назад |