Главная > Hadisə / Manset > Yaponiyada batan kruiz gəmisində 10 nəfərin öldüyü təsdiqlənib

Yaponiyada batan kruiz gəmisində 10 nəfərin öldüyü təsdiqlənib


24-04-2022, 19:43. Разместил: admin
Yaponiyanın şimalında göyərtəsində 26 nəfərin olduğu “Kazu 1” kruiz gəmisinin yoxa çıxmasından bir gün sonra 10 nəfərin cəsədi tapılıb.

Yaponiyanın baş naziri Fumio Kişida hadisə ilə əlaqədar cənub-qərb prefekturalarına səfərini yarımçıq qoyub və Tokioya qayıdıb.

Ümumilikdə gəmidə iki uşaq, həmçinin kapitan və dənizçi də daxil olmaqla 26 nəfər olub.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, aprelin 23-də “Kazu 1” kruiz gəmisi Yaponiyanın şimalında qəza siqnalı verib. Bütün ekipaj üzvləri və sərnişinlər xilasedici jilet geyiniblər. Hadisə yerinə patrul katerləri və təyyarə göndərilib.

İnsidentin səbəbləri açıqlanmayıb.
Вернуться назад