Главная > Hadisə / Manset > İranda generalın oğlu qətlə yetirildi
İranda generalın oğlu qətlə yetirildi23-04-2022, 21:47. Разместил: admin |
İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini, general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb. "Azadsəs.az" İran KİV-nə istinadən xəbər verir ki, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub. Hücum nəticəsində ondan başqa heç kimin xəsarət almadığı bildirilir. Mahmud Absalan həm də İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub. Вернуться назад |