Главная > Hadisə > Ukraynada yaşayan azərbaycanlı əsir düşdü
Ukraynada yaşayan azərbaycanlı əsir düşdü22-04-2022, 08:30. Разместил: admin |
Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb. Bu barədə “Azadsəs.az”a onun qohumu Esmira Qasımova məlumat verib. O bildirib ki, 62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb: “Bu barədə ailəsinə Ukraynadan bildirilib. Rusların əlində olduğuna dair video da var. Onunla bərabər iki ukraynalı da əsir götürülüb”. E.Qasımova qeyd edib ki, H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb. Вернуться назад |