Главная > Hadisə / Manset > Rusiyada hərbi institut yandı - 1 ölü, 15 yaralı + Yenilənir

Rusiyada hərbi institut yandı - 1 ölü, 15 yaralı + Yenilənir


21-04-2022, 18:19. Разместил: admin
Rusiyanın Tver vilayətində Rusiya Müdafiə Nazirliyinin 2-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunda güclü yanğın baş verib.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

***

“TASS”ın məlumatına görə, yanğın nəticəsində ölənlərin sayı 2-yə çatıb, 30-a yaxın insan isə yaralanıb. Daha bir nəfərin taleyi isə naməlumdur.
Вернуться назад