Главная > Hadisə > Bakıda yüksək dozada narkotik qəbul edən gənc öldü

Bakıda yüksək dozada narkotik qəbul edən gənc öldü


19-04-2022, 13:50. Разместил: admin
Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Vung Tau küçəsində yerləşən evdə baş verib. Orada yaşayan 1994-cü il təvəllüdlü M.Ramazanov narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад