Главная > Hadisə / Manset > Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız öldü
Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız öldü18-04-2022, 15:00. Разместил: admin |
Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən 5 yaşlı qız ölüb. “Azadsəs.az”ın əldə etdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin araşdırma zamanı 5 yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib. Araşdırmalar davam etdirilir. Вернуться назад |