Главная > Hadisə / Manset > Ağdamda yol çəkən texnika minaya düşdü

Ağdamda yol çəkən texnika minaya düşdü


17-04-2022, 21:41. Разместил: admin
Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

“Azadsəs.az” xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад