Главная > Hadisə / Manset > Rusiyada helikopter qəzası: Ölən var

Rusiyada helikopter qəzası: Ölən var


17-04-2022, 20:59. Разместил: admin
Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, Kubanda kənd təsərrüfatı torpaqlarını emal edən helikopter qəzaya uğrayıb.

Mi-2 helikopterinin düşməsi nəticəsində bir nəfər ölüb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası işləyir. “Vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin nəzarəti altındadır”, - idarənin mətbuat xidməti bildirib.
Вернуться назад