Главная > Hadisə > Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı


17-04-2022, 14:41. Разместил: admin
Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Teliyev Arif Höccət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Вернуться назад