Главная > Hadisə / Manset > Pakistan Əfqanıstanı bombaladı: Azı 39 nəfər öldü

Pakistan Əfqanıstanı bombaladı: Azı 39 nəfər öldü


16-04-2022, 23:48. Разместил: admin
Pakistan Əfqanıstanın Xost və Kunar əyalətlərinə bir sıra hava zərbələri endirib. Məlumata görə, hücum naməlum sayda Pakistan təyyarəsi tərəfindən həyata keçirilib.

Xost rəsmiləri hava hücumu nəticəsində 6 nəfərin öldüyünü bildiriblər. Kunar əyalətinin sakinləri isə bölgədə daha 33 nəfərin öldüyünü iddia ediblər.

Qeyd olunub ki, hava zərbələri sərhəddə Şimali Vəziristan rayonunda (Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində) pusqu təşkil edən terrorçuların yeddi pakistanlı əsgəri öldürməsinə cavab olaraq həyata keçirilib.
Вернуться назад