Главная > Hadisə / Manset > Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən azərbaycanlılarla bağlı AÇIQLAMA
Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən azərbaycanlılarla bağlı AÇIQLAMA16-04-2022, 21:47. Разместил: admin |
16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Belə ki, qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir. Вернуться назад |