Главная > Hadisə / Manset > Yuxarı Qarabağ su kanalında bir nəfər batdı: Axtarışlar başladı

Yuxarı Qarabağ su kanalında bir nəfər batdı: Axtarışlar başladı


16-04-2022, 18:25. Разместил: admin
Yuxarı Qarabağ su kanalında bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Faktla bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
Вернуться назад