Главная > Hadisə > Birləşib 500 manata görə adam döydülər

Birləşib 500 manata görə adam döydülər


16-04-2022, 12:47. Разместил: admin
Bakıda birləşib adam döyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Azadsəs.az"a bildirilib ki, Buzovna qəsəbəsində 3 nəfərin qəsəbə sakini R.Süleymanovu döymələri barədə polis şöbəsinə müraciət daxil olub.

Əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov saxlanılıb. Həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.

E.Muradov şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.
Вернуться назад