Главная > Hadisə / Manset > “Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər ediblər

“Tunel qırğını”nın şahidləri və öldürülən şəxslərin yaxınları Kəlbəcərə səfər ediblər


16-04-2022, 12:20. Разместил: admin
Kəlbəcəri tərk etmək istəyərkən "tunel qırğını"nda ermənilər tərəfindən öldürülən soydaşlarımızın xatirəsinin anılması məqsədi ilə hadisə şahidləri, öldürülən şəxslərin yaxınlarının Kəlbəcərə səfəri təşkil edilib.

APA xəbər verir ki, ermənilərin işğalı zamanı Kəlbəcər tunelini keçmək istəyərkən qətlə yetirilən soydaşlarımızın xatirəsi hadisə yerində anılıb.

Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Faciəni yaşayan təxminən 20-dən artıq Kəlbəcər sakini, rayon ziyalıları və şəhid olanların yaxınları, ailə üzvü Göygöl rayonunun Toğanalı kəndindən hərəkət ediblər.

Qeyd edək ki, faciə zamanı bir çox Kəlbəcər sakini ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
Вернуться назад