Главная > Hadisə / Manset > 65 yaşlı arvadını döyüb öldürən kişiyə hökm oxundu

65 yaşlı arvadını döyüb öldürən kişiyə hökm oxundu


14-04-2022, 18:51. Разместил: admin
Oğuzda arvadını öldürən Vaqif Muştaqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Azadsəs.az”ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 64 yaşlı V.Muştaqova 10 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 21-də Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində baş verib.

Vaqif Muştaqovun evə kənar şəxslər gətirib yeyib-içməsini irad tutan həyat yoldaşı, 65 yaşlı Gülgəz Muştaqova ərinin hücumuna məruz qalıb. Kişi sərxoş vəziyyətdə həyat yoldaşına şillə, yumruq və təpiklə zərbələr endirməklə onu döyüb. Ağır xəsarətlər alan G.Muştaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

M.Muştaqov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад