Главная > Hadisə / Manset > Astarada məşhur falçının oğlunun evi yandı

Astarada məşhur falçının oğlunun evi yandı


13-04-2022, 16:39. Разместил: admin
Astarada ev yanıb.

"Azadsəs.az"ın məlumatına görə, dünən axşam saat 8 radələrində rayonun Şuvi kənd sakini, 1983-cü il təvəllüdlü Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus, ümumi sahəsi 600 kvadratmetr olan evdə yanğın olub.

Doqquz otaqlı ev içindəki əşyalarla birgə yanıb. Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Yanğın mansarddan başlayaraq sürətlə yayılıb.

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq, yanğınsöndürənlərin səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, evi yanan şəxs məşhur falçı, mərhum Məmmədsəfa Məmmədovun oğludur.
Вернуться назад