Главная > Hadisə / Manset > Dağüstü parkda qız özünü qayadan atdı

Dağüstü parkda qız özünü qayadan atdı


12-04-2022, 17:20. Разместил: admin
Bakının Səbail rayonunda 23 yaşlı qız özünü qayadan atıb.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün baş verib. 1999-cu il təvəllüdlü A.Cavadova özünü Dağüstü parkda hündürlükdən atıb. Ağır xəsarətlər alan gənc qız xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад