Главная > Hadisə > Metroda qatar gözləyərkən öldü

Metroda qatar gözləyərkən öldü


12-04-2022, 12:52. Разместил: admin
Bakı Metropolitenində ölüm hadisəsi qeydə alınıb.

“Azadsəs.az” xəbər verir ki, təxminən səhər saat 06:30-da Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov metronun “Əhmədli” stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Onun ürəktutmadan dünyasını dəyişdiyi qeyd olunur.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb.
Вернуться назад