Главная > Hadisə / Manset > Saxlanılan şəxs özünü polis şöbəsində öldürdü

Saxlanılan şəxs özünü polis şöbəsində öldürdü


11-04-2022, 19:20. Разместил: admin
Narkotik dövriyyəsinə görə saxlanılan şəxs saxlama kamerasında intihar edib.

Bu barədə "Azadsəs.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, aprelin 9-da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1967-ci il təvəllüdlü İlham Əsgərov şübhəli şəxs qismində tutulub. Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasına gətirilən İ.Əsgərov orada intihar edib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад