Главная > Hadisə / Manset > “Beerlin Pub”da bu dəfə yanğın oldu - Video

“Beerlin Pub”da bu dəfə yanğın oldu - Video


9-04-2022, 15:17. Разместил: admin
Xətai rayonu Xocalı prospektində yerləşən “Beerlin Pub”da yanğın olub.

“Azadsəs.az”ın məlumatına görə, hadisə ötən gün baş verib.

“Beerlin Pub”un tüstü-baca sistemində baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.

Qeyd edək ki, bir müddət öncə “Beerlin Pub” dəhşətli qətl hadisəsi ilə gündəmə gəlmişdi. Belə ki, 2021-ci il avqustun 30-da sözügedən “pub”un mühafizəçisi Orxan Şahbazov 1980-ci il təvəllüdlü Vüqar Mustafayevi döyərək öldürmüşdü.

Həmin insidentdən sonra “Beerlin Pub”la bağlı aparılan müzakirələrdə buranın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.
Вернуться назад