Главная > Hadisə / Manset > Mənzilə basqın edib ev sahibini yaraladılar

Mənzilə basqın edib ev sahibini yaraladılar


9-04-2022, 10:14. Разместил: admin
Gəncədə evə basqın olub.

“Azadsəs.az”ın xəbərinə görə, hadisə şəhərin Əziz Əliyev prospektində Rəşid Abbasova məxsus mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar.

Xəsarət alan R. Abbasov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад