Главная > Hadisə / Manset / Şou biznes > Türkiyə XİN-dən qatar stansiyasının raketlərlə vurulması ilə bağlı - Açıqlama
Türkiyə XİN-dən qatar stansiyasının raketlərlə vurulması ilə bağlı - Açıqlama8-04-2022, 22:20. Разместил: admin |
“Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində qatar stansiyasının raketlərlə vurulması humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha ortaya qoyur”. “Azadsəs.az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. “Ukraynanın şərqindəki Kramatorsk şəhər qatar stansiyasının raketlərlə vurulması nəticəsində təxliyə olunmağı gözləyən onlarla insanın həyatını itirdiyi və yaralandığı xəbərini böyük kədərlə qarşıladıq. Bu faciəvi hadisə mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha nümayiş etdirdi. Bu münasibətlə dərhal atəşkəs və bu dağıdıcı müharibənin dayandırılması çağırışımızı bir daha təkrar edirik”, - nazirlikdən bildirilib. Вернуться назад |