Главная > Hadisə / Manset > “Buçadan olan görüntülər qəbuledilməzdir”
“Buçadan olan görüntülər qəbuledilməzdir”7-04-2022, 19:50. Разместил: admin |
“Ukrayna xarici işlər naziri Dmitri Kuleba vasitəçilik rolumuz üçün bizə təşəkkür edib”. “Azadsəs.az” “NTV”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Buçada baş verən hadisələr danışıqlar prosesinə kölgə saldı. Türkiyə olaraq Buçadan olan görüntüləri qəbuledilməz hesab edirik”, - deyə Çavuşoğlu söyləyib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib. Вернуться назад |