Главная > Hadisə / Manset > Bakı sakinini girov saxlayıb pul tələb edənlər tutuldu

Bakı sakinini girov saxlayıb pul tələb edənlər tutuldu


7-04-2022, 13:30. Разместил: admin
Bakı sakinini girov saxlayan şəxslər tutulub.

DİN Mətbuat Xidmətindən "Azadsəs.az"a bildirilib ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən F.Paşazadə aprelin 4-də bir nəfərin onu Sabunçu qəsəbəsi ərazisində evə apararaq 2 gün orada saxladığını deyib. Onun sözlərinə görə, həmin şəxs ona narkotik satmasını təklif edib, razı olmadıqda isə telefonunu alıb. Digər şəxslə birlikdə döyüb videoçəkiliş aparmalarını və buraxılması müqabilində 2000 manat pul tələb etmələrini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, F.Paşazadə də əvvəllər məhkum olunub.
Вернуться назад