Главная > Hadisə / Manset > “Ruslar Mariupolda meyitləri yandırır”
“Ruslar Mariupolda meyitləri yandırır”6-04-2022, 18:19. Разместил: admin |
Rusiyanın hərbi blokadası altında olan Ukraynanın Mariupol şəhərində Rusiya qüvvələrinin müharibə cinayətlərinin sübutlarını aradan qaldırmaq üçün səyyar krematoriyalardan (meyitlərin yandırılması) istifadə etdiyi iddia edilir. “Azadsəs.az” xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası açıqlama yayıb. Bildirilib ki, Buçadakı qətliamın dünyada əks-səda doğrumasından sonra Moskva rəhbərliyinin orduların Mariupoldakı cinayətlərinə dair sübutların məhv edilməsi əmri verdiyi iddia edilib. "Qatillər izlərini gizlətməyə çalışırlar. Mariupolda Rusiyanın səyyar krematoriyaları fəaliyyətə başlayıb. Biz bir həftə əvvəl ehtiyatla 5000 nəfərin öldüyünü elan etmişdik. Amma şəhərin böyüklüyünü, fəlakətli dağıntıları, blokadanın müddətini və şiddətini nəzərə alaraq, müqavimət göstərsə, on minlərlə mülki qurban ola bilər. Bu səbəbdən Rusiya Türkiyəyə və digərlərinin mülki insanları təxliyə etmək cəhdlərinə yaşıl işıq yandırmağa tələsmir”, - məlumatda qeyd edilib. İddia olunub ki, ruslar meyitlərin yandırılmasını yerli əməkdaşlara və Donetskdən olan separatçı qruplara həvalə ediblər. Вернуться назад |