Главная > Hadisə > Hasar uşaqların üstünə uçdu - 1 ölü, 2 yaralı-Foto

Hasar uşaqların üstünə uçdu - 1 ölü, 2 yaralı-Foto


1-06-2020, 13:46. Разместил: azadses
Qusarın Cibir kəndində bədbəxt hadisə baş verib.
Azad Səs-in məlumatına görə, kənd sakini Valəddin Şeydayevin həyətindəki daş hasar, hasara bitişik dəmir qapı və daş tumbalar burada oynayan 3 uşağın üstünə aşıb.
Nəticədə uşaqlardan biri - 8 yaşlı Arif Çingiz oğlu Əlusultanov aldığı ağır xəsarətlərdən -açıq kəllə -beyin travmasından yerindəcə keçinib.
Ev sahibinin 10 yaşlı oğlu Ramal və 6 yaşlı qızı Gülay Şeydayevlər isə dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Gülay Şeydayevaya qarın nahiyəsinin küt travması, Ramal Şeydayevə isə döş qəfəsinin küt travması və pnevma-hematoroks diaqnozu qoyulub və uşaqlar əməliyyat olunub.
Verilən məlumata görə, hazırda reanimasiya şöbəsində olan bacı-qardaşın vəziyyəti sabit ağırdır.
Təxminən 10 il qabaq mişar daşından tikilmiş hasarın qapı qarışıq aşmasının səbəbləri Qusar rayon prokurorluğunda araşdırılır.
Bədbəxt hadisə nəticəsində həlak olmuş 8 yaşlı, 2-ci sinif şagirdi Arif Əlisultanov 2 uşaqlı ailənin tək oğul övladı olub, azyaşlı bacısı ondan balacadır.


Вернуться назад