Главная > Hadisə > “Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?”

“Bakının mərkəzində niyə qaz balonu istifadə edilir?”


3-04-2022, 19:19. Разместил: admin
“Bakının mərkəzində niyə qaz balonu istifadə edilir? Çünki bizim təhlükəsizlik qaydalarına görə kommersiya obyektlərinə təbii qazın istifadəsi qadağandır”.

“Azadsəs.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Samir İsmayılov Bakıda gecə klubunda baş verən partlayışı şərh edərkən bildirib.

O bildirib ki, mətbəxin elektrik enerjisi ilə idarə olunması daha baha başa gəldiyi üçün, kafe-restoranlar balona üstünlük verirlər:

“Təcrübə göstərir ki, qaz balonun partlayışı daha ağır nəticələnir. Ona görə də, kommersiya obyektlərində ya birdəfəlik qazın istənilən növündən istifadəsinə qadağa qoyulmalıdır, ya da ki, təbii qaza icazə verib, ən müsir avadanlıqlardan istifadə tələbi qoyulmalıdır. Loru dildə desək, qaz sızıntısını xəbər verən, sızıntı zamanı qazı avtomatik söndürən detekter və s.cihazlar quraşdırılmalıdır”.

Ekspert onu da əlavə edib ki, pub və kafelərdə spirtli içkilərin satışına vaxt məhdudiyyəti də qoyulmalıdır:

“Gecə saat 03:00-da hətta Avropa paytaxtlarında spirtli içki verilmir. Cümə və şənbə axşamları maksimim saat 00:00-a kimi spirtli içkilər satılır. Pub-ın gecə işləməsi, səhərə kimi spirtlə təmin olunması anlamına gəlməməməlidir. Hətta 5 ulduzlu otellərin pub-ında gecə saat 00:00-dan sonra, spirtli içkilər yalnız nömrələrə servis olunur”.
Вернуться назад