Главная > Hadisə / Manset > “Partlayışda 1 nəfər ölüb, 31-i yaralanıb” - Baş Prokurorluq

“Partlayışda 1 nəfər ölüb, 31-i yaralanıb” - Baş Prokurorluq


3-04-2022, 09:49. Разместил: admin
Baş Prokurorluq baş verən partlayışla bağlı məlumat yayıb.

“Azadsəs.az”ın xəbərinə görə, qurumdan bildirilib ki, bu gün saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib:

“Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İctimaiyyətə əlavə məlumat veriləcək”.
Вернуться назад