Главная > Hadisə / Manset > Xaçmazda “Mercedes” yandı - VİDEO

Xaçmazda “Mercedes” yandı - VİDEO


31-03-2022, 14:21. Разместил: admin
Xaçmazın N.Ələsgərov küçəsində avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Belə ki, vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin arxa hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin yük hissəsi və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sözügedən yanğının görüntülərini təqdim edirik:


Вернуться назад