Главная > Hadisə / Manset > Bakıda maşın dərəyə aşdı - Ölən var

Bakıda maşın dərəyə aşdı - Ölən var


30-03-2022, 20:20. Разместил: admin
Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobili dərəyə aşıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Вернуться назад