Главная > Hadisə / Manset > Vətən müharibəsi qazisinin evi yanıb külə döndü - Fotolar

Vətən müharibəsi qazisinin evi yanıb külə döndü - Fotolar


27-03-2022, 14:48. Разместил: admin
Qəbələdə Vətən müharibəsi qazisinin evi yanaraq kül olub.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də, şəhərin Əhmədağa Bağırov küçəsində qeydə alınıb.

Belə ki, Əliyev Xalis Vahid oğluna məxsus evdə gecə saatlarında yanğın baş verib. Yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

Beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb. Ailə evlərinin bərpası üçün aidiyyəti qurumlardan kömək istəyir.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev, Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Xatırladaq ki, baş verən yanğının görüntülərini "Qəbələ TV" yayımlayıb.





Вернуться назад