Главная > Hadisə / Manset > Gəncədə 14 yaşlı qızı maşın vurub

Gəncədə 14 yaşlı qızı maşın vurub


24-03-2022, 14:17. Разместил: admin
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili yolu keçmək istəyən 2008-ci il təvəllüdlü N.Qurbanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад