Главная > Hadisə > Goranboyda 1 hektar sahə yanır

Goranboyda 1 hektar sahə yanır


23-03-2022, 10:00. Разместил: admin
Goranboy rayonunda qamışlıq sahə yanır.

“Azadsəs.az” FHN-ə istinadən xəbər verir ki, rayonun Qırıqlı kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, açıq ərazidə 1 ha sahədə qamışlıq yanır. Yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.
Вернуться назад