Главная > Hadisə > İçində adamlar olan 5 maşın qarda batıb

İçində adamlar olan 5 maşın qarda batıb


21-03-2022, 11:10. Разместил: admin
Cəlilabad rayonunun Kövüzbulaq kəndində, içərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalıb.

“Azadsəs.az” xəbər verir ki, bununla bağlı kömək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.
Вернуться назад