Главная > Hadisə / Manset > Masallıda su basan kənddə vəziyyət yenidən gərginləşdi - Video + Fotolar
Masallıda su basan kənddə vəziyyət yenidən gərginləşdi - Video + Fotolar20-03-2022, 17:55. Разместил: admin |
Masallı rayonunun Təzə Alvadı kəndində bir neçə gündür davam edən yağışla əlaqədar vəziyyət yenidən gərginləşib. Bu gün səhər saatlarından etibarən kənddə olan evlərin bir hissəsi, o cümlədən həyətyanı sahələr su altında qalıb. Kən sakinləri hadisə ilə bağlı “Azadsəs.az”a video və fotogörüntülər təqdim ediblər. Onlar qeyd ediblər ki, təbii fəlakətin aradan qaldırılması ilə bağlı bu gün rəsmi qurumlardan hələ ki heç bir nümayəndə kəndə gəlməyib. Məsələ ilə bağlı Masallı RİH-nin ərazi üzrə nümayəndəsi Fəxrəddin Məmmədovla əlaqə saxladıq. O, qeyd etdi ki, kənddə vəziyyət elə də kritik deyil: “Xəndəklər ev sahibləri tərəfindən həyətin içərisinə salındığından belə bir problem baş verir. Vətəndaşlar xəndəkləri açsalar, su da bir yerə toplaşmaz. Yağan yağış, su getmək üçün yer tapmadığından evləri su basır”. Qeyd edək ki, ötən gün Təzə Alvadı kəndində Alvadı çayın daşması ilə əlaqədar bir neçə ev su altında qalmışdı. Hadisə ilə bağlı 12 ailə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilmişdi. Вернуться назад |