Главная > Hadisə / Manset > Gəncədə evə basqın, ana və oğlu döyüldü

Gəncədə evə basqın, ana və oğlu döyüldü


20-03-2022, 14:18. Разместил: admin
Gəncədə evə basqın edilib.

“Azadsəs.az”ın xəbərinə görə, hadisə şəhərin Sədi küçəsində yerləşən yaşayış evində baş verib.

Oğurluq məqsədilə evə daxil olan silahlı və maskalı iki naməlum şəxs ev sahibi, 1950-ci il təvəllüdlü Xurşud Namazovaya və onun oğlu, 1975-ci il təvəllüdlü Xəyyam Namazova bədən xəsarətləri yetiriblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Səs-küyün qalxmasını görən maskalılar heç nə aparmadan evi tərk ediblər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад