Главная > Hadisə > Ruslar Kiyev vilayətində mülki əhalini atəşə tutdu, 7 ölü - Fotolar

Ruslar Kiyev vilayətində mülki əhalini atəşə tutdu, 7 ölü - Fotolar


19-03-2022, 20:39. Разместил: admin
Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

“Azadsəs.az” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır", - məlumatda deyilir.

Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.



Вернуться назад