Главная > Hadisə / Manset > “Siyəzən Broyler”də yanğın oldu

“Siyəzən Broyler”də yanğın oldu


19-03-2022, 09:13. Разместил: admin
Siyəzən rayonunun Siyəzən kəndində, “Siyəzən Broyler” ASC-də yanğın olub.

“Azadsəs.az” FHN-ə istinadən xəbər verir ki, ASC ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад