Главная > Hadisə / Manset > İtaliyada hərbi təyyarə qəzaya uğradı

İtaliyada hərbi təyyarə qəzaya uğradı


16-03-2022, 23:21. Разместил: admin
İtaliyanın Lekko əyalətinin Monte Leqnone bölgəsində “M346” tipli hərbi təyyarə qəzaya uğrayıb.

"Azadsəs.az" xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan əvvəl iki pilot təyyarədən paraşütlə atlaya bilib.

Pilotların biri qayalıqlarda aşkar edilib. İkinci pilotun axtarışına üç təyyarə və xilasetmə briqadası cəlb olunub.

Təyyarə Hərbi Hava Qüvvələrinə məxsus olmayıb. O, istehsaldan sonrakı sınaq uçuşu həyata keçirib.
Вернуться назад