Главная > Hadisə > 6 ay sonra ata olacaqdı, maşın vurub öldürdü

6 ay sonra ata olacaqdı, maşın vurub öldürdü


15-03-2022, 10:22. Разместил: admin
Xəbər verdiyimiz kimi, martın 13-də Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində taksinin vurduğu piyada Nurlan Hümbətov bir gün sonra xəstəxanada ölüb.

“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölən Nurlan bir müddət öncə evlənib. Mərhum 6 ay sonra ata olacaqmış.

Qeyd edək ki, sözügedən hadisə martın 13-də saat 22 radələrində baş verib. R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında dayanan piyada Nurlan Hümbətovu vurub. Daha sonra orada dayanmış “Mitsubishi” markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад