Главная > Hadisə > Nikolayev bombardman edildi: Ölən və yaralananlar var

Nikolayev bombardman edildi: Ölən və yaralananlar var


13-03-2022, 23:50. Разместил: admin
Nikolayevdə rusiyalı hərbçilərin bombardmanı nəticəsində 9 nəfər həlak olub, daha 13 nəfərsə yaralanıb.

Bu barədə telemarafonda Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib.

“Şəhər kaset mərmiləri ilə bombardman edilib. Hücum iki yaşayış məntəqəsini - Solyanye və Severnını əhatə edib. 13 yaralıdan 7-si hazırda reanimasiyadadır. 9 nəfərsə dünyasını dəyişib. Bunlar adi insanlardır, əsasən yaşlılar, ATM və ya mağaza növbəsində eyni sırada dayananlardır”, - deyə o, bildirib.
Вернуться назад