Главная > Hadisə / Manset > “Siyəzən Broyler”in ərazisində yanğın olub

“Siyəzən Broyler”in ərazisində yanğın olub


13-03-2022, 17:47. Разместил: admin
Siyəzən rayonunun Siyəzən kəndində, "Siyəzən Broyler" ASC-nin ərazisində ümumi sahəsi 1096 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 548 m² sahədə, içərisində elektrik naqilləri 60 p.m, 12 ədəd mühərrik və havalandırma qurğusu, 1070 ədəd plastik su və yem qabı yanıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад