Главная > Hadisə / Manset > Hafiz Məmmədovun hotelindəki yanğının - Videosu

Hafiz Məmmədovun hotelindəki yanğının - Videosu


11-03-2022, 23:18. Разместил: admin
Xəbər verdiyimiz kimi, bu gün saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən hoteldə yanğın baş verib.

FHN-dən “Azadsəs.az”a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli hotel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib.

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 m² sahə yanıb, hotelin binası yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının baş verdiyi “Ramada Shamdan” hoteli tanınmış iş adamı Hafiz Məmmədova məxsusdur.


Вернуться назад